Sosial
BŞİH və paytaxt polisi reydləri daha da gücləndirdi

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatçılığa səbəb olub. Bununla əlaqədar paytaxtda vətəndaşların bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtın bütün rayonlarında ictimai nəqliyyat, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir.
Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır.
Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq