Sosial
DİN-dən saxta COVID pasportu alanlara XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi saxta COVID pasportu alanlara xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır:
"Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər. Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır.
Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir”.
Şöbə müdiri deyib ki, saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
-
Region21:13İstanbulda torpaq sürüşməsi oldu - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi
-
Magazin115:04Əməkdar artist Avropa tətilindən paylaşım etdi - VİDEO
-
Rəsmi xronika14:30Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman







.jpg)



















.jpg)
.jpg)
.jpg)







