Sosial
YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi
Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, qanvermə aksiyasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və 300 nəfərə yaxın YAP üzvü iştirak edib.
Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Xüsusilə, partiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edib. YAP Mərkəzi Aparatında təşkil olunan növbəti qanvermə aksiyası da partiya üzvlərinin vətənpərvərliyinin, onların ölkəmizdə həyata keçirilən bütün humanist işlərdə fəallıq göstərmələrinin ifadəsidir.
Aksiyaya Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub. Mərkəzi Qan Bankının donorçuluq müayinə kabinetinin müdiri Namirə Abbasova bildirib ki, Yeni Azərbaycan Partiyasının mütəmadi olaraq qanvermə aksiyaları təşkil etməsi çox humanist addımdır. O deyib: “Burada toplanan qan talassemiya, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq. Qanvermə aksiyasının 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilməsi çox yaxşı haldır. İnsanlar bu humanist addımı yüksək dəyərləndirərək qanvermədə fəal iştirak edirlər. Biz də Milli Hematologiya və Transfuziologiya Mərkəzi adından Yeni Azərbaycan Partiyasına və aksiyada iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



















.jpg)
.jpg)





