Sosial
18 yaşlı gəncin ürəkdağlayan görüntüsü - VİDEO
18 yaşlı Dağlar Mirzəyev uşaq evindən ayrılıb və 1 ildir ki, küçələrdə yaşayır.
Publika.az xəbər verir ki, bu barədə tanınmış aparıcı, Əməkdar artist Nailə İslamzadə Feysbuk səhifəsində paylaşım edib.
"Küçədə gedərkən bir səs eşitdim: "kömək edin". Bir gənc yalvaran gözləri ilə üzümə baxırdı. "Acam" dedi. 16-17 yaşında uşaq evindən çıxıb, atılmışlardandır. Küçədə və icazə versələr, bloklarda yatır. 20 il əvvəl "Ailələr, talelər" verilişini hazırlayarkən belə uşaqları xahiş-minnətlə yataqxanalara yerləşdirirdik. Uşaq evində onları orta məktəbi bitirənə qədər saxlayırlar, sonra isə evləri küçələr olur. Burada qanunlarda boşluq var. 16-17 yaşında kimsəsiz bir qız və oğlan özü üçün düzən qura bilərmi? Heydər Əliyev Fondu onlar üçün Masazırda evlər tikib və tikməkdə davam edir, təqdirəlayiqdir. Əksəriyyəti ev-eşik sahibi olub. Amma görünən odur ki, hamı bundan yararlana bilmir. Bu cavan üçün qəlbim sızıldadı. Kim ona elə bir iş tapa bilər ki, gecə də qalmağa yeri olsun", - N.İslamzadə bildirib.
Qeyd edək ki, Dağlar Mirzəyev hazırda "Nizami" kinoteatrı ilə üzbəüz keçidin yanındakı binanın blokunda, 2-ci mərtəbədə gecələyir.
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü


































