Sosial
Bakı metrosunda musiqili fləşmob - FOTO
Bakı metropolitenində növbəti dəfə musiqili fləşmob keçirilib.
Publika.az xəbər verir ki, “Havana Music Band” musiqi qrupunun təşəbbüsü ilə təşkil olunmuş səyyar aksiya Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü günündə keçirilməsi ilə əlamətdar olub.
Aksiyanın təşkilində məqsəd gənclərin daha çox üstünlük verdiyi janrlarda səsləndirilən musiqi parçaları ilə metropolitendən istifadə edən sərnişinlərə xoş anlar yaşatmaq, onların bayram ovqatını daha da yüksəltmək olub.
Canlı layihə “28 May” stansiyasının platformasının orta zalında başlanıb. Əvvəlcədən planlaşdırılmış və qurulmuş səhnədə deyil, məhz səyyar ifa proqramın maraqla qarşılanmasına səbəb olub. Qatarlarda və stansiyalarda davam etdirilən fləşmob sərnişinlərə sürprizli anlar bəxş edib.
Musiqiçilərin ifasında Nəbi Xəzrinin sözlərinə Müslüm Maqomayevin bəstələyərək ifa etdiyi əfsanəvi “Azərbaycan” mahnısının sədaları böyük maraqla qarşılanıb. Vətənpərvərlik ruhunu aşılayan sevimli musiqi parçaları, şən və oynaq ritmli ifa tərzi sərnişinlərin əhval-ruhiyyəsinə əlavə rəng qatıb.
Konsert proqramına günün ruhuna uyğun Azərbaycan, eləcə də müasir dünya musiqisi janrlarından ibarət parçalar daxil edilib.
Musiqi dəqiqələri Azərbaycan hərb salnaməsinin şanlı tarixinin tərənnümü olan "8 Noyabr" stansiyasında başa çatdırılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























