Türkiyədə universitetə girdi, imkansızlıqdan oxuya bilmir - FOTO
Bizi izləyin

Sosial

Türkiyədə universitetə girdi, imkansızlıqdan oxuya bilmir - FOTO

Yüksək nəticə göstərərək Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olan azərbaycanlı tələbə Ranal Qurbanov iki ildir ki, maddi imkansızlıq səbəbindən təhsilinə başlaya bilmir.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

R. Qurbanov bildirib ki, Azərbaycanı Beynəlxalq Fənn Olimpiadalarında Biologiya fənni üzrə 70-ə yaxın ölkə arasında təmsil edib. 2019-cu ildə Respublika Fənn Olimpiadasında bürünc, 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl, 2021-ci ildə Respublika Fənn Olimpiadasında qızıl medal və “Birincilərin Birincisi” mükafatını qazanıb. 22 Avropa ölkəsindən 35 min şagirdin qatıldığı, ABŞ Səfirliyi tərəfindən həyata keçirilən “Gələcəyin Liderləri” Mübadilə Programını (FLEX) qazanaraq 1 il ABŞ-da təhsil alma şansı qazanıb:

“Amerikada bütün dərsləri ingiliscə almışam və yüksək akademik nailiyyətlər qazanmağa davam edirəm. Türkiyənin bir neçə tibb universitetindən qəbul almışam: Qazi, Gülhane, Acıbadem, Koç universitetlərinin Tibb fakültələri. Mən keçən ildən Qazi Universitetinin Tibb fakültəsinə qəbul olmuşam. Qeydiyyatdan keçib universitet təhsilimi dondurmuşam. Ailəmin maddi imkanı çatmır ki, təhsilimə başlayım”.

O qeyd edib ki, Gazi Universiteti Azərbaycandan yalnız 2 nəfəri tibb fakültəsinə qəbul edir:
“Mənim beynəlxalq olimpiadalardan olan nəticələrimi nəzərə alıb qəbul verdilər. Amma, təəssüf ki, illik ödənişi qarşılamağımız çox çətin olduğu üçün təhsilimə başlaya bilmədim. Valideynlərim çox pis olur, çünki mən əlimdən gələni edib qəbul olmuşam, onlar ödəyə bilmirlər. Sizdən çox xahiş edirəm, mənə ali təhsilimlə bağlı yardım edəsiniz. İstəmirəm ailəmin maddi durumu öz potensialıma çatmağıma mane olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm