Sosial
Şuşada jurnalistlər üçün Yay Məktəbinin açılışı oldu - FOTO
İyulun 17-də Şuşada İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə jurnalistlər üçün 2 günlük təlimə start verildi.
Publika.az xəbər verir ki, Şuşada jurnalistlər üçün təşkil olunan Yay Məktəbinin keçirilməsi biznes jurnalistikasının peşə bacarıqlarının artırılması məqsədi daşıyır.
Yay Məktəbinin təşkili işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin işıqlandırılmasında vacib əhəmiyyətə malikdir.
İyulun 17-18-də Şuşada keçirilən layihə çərçivəsində jurnalistlər iqtisadi artım, fiskal, monetar, maliyyə-bank və s. sahələrdə təşkil olunan təlimlərdə iştirak edəcəklər.
Təlimdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Maliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankın, Dövlət Məşğulluq Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak edir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























