Sosial
Əhalinin 68 faizdən çoxu limiti keçməyib
Bu ilin yanvar-iyul ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 68,5 %-i, yəni 1 milyon 667 min 301 abonent təbii qazdan aşağı tariflə istifadə edib.
Publika.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 31,5 %-ni, yəni 767 min 470 abonent təşkil edir.
Qeyd edək ki, Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1 200 m3-dək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1 200-2 500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2 500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı



























.png)


.jpg)



