Sosial
"Kimə xəyanət etmişəm?" - Rasim Məmmədovdan sərt açıqlamalar
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə ifadə verən Rasim Məmmədov deyib ki, 2008-ci ildən "Baku Steel Company"də işləməyə başlayıb.
Onun sözlərinə görə, 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: "Mən zavodu alanda elə vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam".
Rasim Məmmədov qeyd edib ki, 2014-ci ildə zavodun fəaliyyətini tamamilə dayandırıb və yenidənqurma işlərinə başlayıblar: "Mənə deyirlər ki, zavodu talan eləmisən. Əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir türmədə mənə şərait yaradıblar. Bu hansı şəraitdir? Mən iki ildir, ana-atamı görmürəm".
Daha sonra Rasim Məmmədov dövlət ittihamçısının suallarını da cavablandırıb. Dövlət ittihamçısı ilk olaraq Rasim Məmmədovdan hansı səbəbdən aldığı şirkətləri özü rəsmiləşdirmədiyini soruşub.
O deyib ki, bu cür rahat olur. Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu da qəbul etmədyini deyib: "Mən kassadan pul götürməmişəm. Ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb. Deyirlər ki, xəyanət etmisən. Kimə xəyanət etmişəm?".
Növbəti proses sentyabrın 16-da davam edəcək. Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub. Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN







.jpg)




.jpg)


























