ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşdü - FOTO
Bizi izləyin

Sosial

ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşdü - FOTO

ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşdü - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov noyabrın 13-də Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naxçıvan şəhər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm