Sosial
Könül Xasıyevaya 254 min lazımdır: "Boğazımdakı şiş ümidlərimi qırdı"
"Əziz və dəyərli xalqımız, elimiz-obamız, uzaqda, yaxında yaşayan soydaşlarımız. Sənətə gəldiyim ilk gündən, hər zaman ləyaqətlə yaşamağa çalışdım. Öncə ləyaqət, sonra sənət dedim. Kimsənin qəlbini qırmadım. Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. Ən əsası sizi sevərək, sevginizlə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bəd xassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva sosial şəbəkədə yazıb. Azərbaycanlılara səslənən sənətçi əməliyyat üçün maddi yardıma ehtiyacının olduğunu bildirib:
"Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız. İnanıram ki, Azərbaycan musiqisini "Gecələr"siz, Kazımı da körpə canı ilə mənsiz, tək qoymayacaqsınız. Buna o qədər inanıram ki...".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)