Sosial
“50 partiyadan yalnız 11-nin adını saya, xatırlaya bildim” - Millət vəkili
“Mən burada fikirləşdim. Ölkədə 50-dən çox siyasi partiya var, amma onlardan cəmi on birinin adını saya, xatırlaya bildim. Sizin hər biriniz də bir dəqiqə partiyaları saysanız, 50 partiyadan yalnız bir neçəsini saya bilərsiniz”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat yeni qanunun üstünlüklərindən danışarkən bildirib ki, ortaya qoyulan layihədə prezident seçkilərində tələb olunan nə yaş senzi, nə 10 illik müddət, nə də ali təhsilli olmaq məsələsi tələb kimi qoyulmayıb:
“Əgər qanun hazırlanarkən Venessiya Komissiyasının tövsiyyələri nəzərə alınıbsa, onlarla ölkənin təcrübəsi öyrənilibsə, buna necə etiraz etmək olar?!”.
Deputat əlavə edib ki, qanun ilkin müzakirəsi zamanı tənqidi fikirlər daha çox olub: “Ancaq indi biz tənqidləri daha az eşitdik, daha çox texniki məsələlər qaldırıldı”.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























