Sosial
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər
Həyətyanı torpağın plan-ölçü sənədi çıxarış almağa əsas verəcək.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, məsələ Milli Məclisin plenar iclasında müzəkirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bildirilib ki, torpaq islahatı zamanı vətəndaşlara verilən həyətyanı sahələr üçün 2006-cı il iyulun 6-dək mülkiyyət şəhadətnaməsi tərtib edilirdi. Həmin tarixdən şəhadətnamələrin verilməsi dayandırılıb.
O vaxtadək müraciət etməyən vətəndaşların bir qismi sonradan yalnız plan-ölçü sənədi alıb. Bu sənədlə torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq mümkün olmayıb. Millət vəkili Azər Badamov bildirib ki, yeni təkliflə, bu sənədlər torpağa mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almağa əsas verə bilər.
Qeyd edək ki, dəyişiklik Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilib. Layihə hazırda birinci oxunuşdan keçib. Plan-ölçü sənədinin hansı hallarda qeydiyyata əsas sayılacağını aidiyyəti qurum müəyyən edəcək.
Əmlak Məsələləri üzrə ekspert Elnur Fərzəliyev onu da əlavə etdi ki, sənədsiz əmlakın çıxarışla təmin edilməsi, gələcəkdə onun bazar qiymətinə də təsir edə bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov







.jpg)

.jpg)


.jpg)
.webp)


.jpg)



















