Sosial
Bakıda tikilən hündürmərtəbəli binalarla bağlı dəhşətli fakt - 2019-cu ildən bu yana... - VİDEO
10:45
Az qala hər gün belə xəbər oxuyuruq: “Bakıda bu ərazidəki köhnə evlər sökülür, yerində hündürmərtəbəli binalar tikiləcək”.
Sovetlər dönəmində Bakının seysmik zonada yerləşdiyini nəzərə alıb, şəhərdə hündürmərtəbəli binaların tikintisinə icazə verilmirdi. İndi isə 16 mərtəbəli binalar Bakının bütün ərazilərində ucaldılıb. Maraqlıdır, Bakı artıq seysmik zonada yerləşmir? Belə binaların tikintisi təhlükəsizlik baxımından nə qədər məqbuldur? Onlar dağıdıcı zəlzələyə davamlıdır?
Publika.az bu məsələni araşdırıb.

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, memar Nüsrət İbrahimov Publika.az- a açıqlamasında bildirib ki, hündürmərtəbəli binaların tikilməsinin və sayının artmasının müxtəlif səbəbləri var :“ Azərbaycanda əhali sayının intensiv artması, daha çox hündürmərtəbəli binaların tikilməsinə gətirib çıxardı. Bu gün müasir texniki avadanlıqlar sayəsində bu binalar tikilir. Yaşayış binalarının fövqəladə hallar qarşısında dözümlülüyü yüksək səviyyədədir.
Həmçinin sovet dönəmindən fərqli olaraq ölkədə adambaşına düşən torpaq sahəsi günü-gündən azalır. Bu səbəbdən şəhərlər vertikal inkişaf edir. Yeri gəlmişkən, sovet dönəmində binalar 5 və 9 mərtəbəli, yəni “ekonom” binalar şəklində tikilirdi. Çünki hündürmərəbəli binalarla müqayisədə, onların xərcləri daha az təşkil edirdi. Eyni zamanda texnologiya inkişaf etməmişdi. Binada hər hansı bir yanğın baş verdikdə yanğınsöndürənlər oraya qalxa bilmirdilər. Ona görə də, mərtəbə sayı az idi. İndi isə vəziyyət başqadır. Müasir texniki avadanlıqlarımız imkan verir ki, yaşayış üçün əlverişli olan daha yüksək binalar ucaldaq”.

Professor, seysmoloq Qurban Yetirmişli isə memarın fikirlərinə əks arqumentlər gətirib: “2019-cu ildən bu yana binaları tikəndə zəlzələyə davamlılığı barəsində bizdən heç nə soruşmurlar, maraqlanmırlar. Qeyd etdiyim tarixə qədər yaşayış binaları üçün ayrıca hesabat aparırdıq, rəy yazırdıq, bina ərazisinin maksimal seysmik ballığı haqqında məlumat verirdik ki, ən güclü zəlzələ buraya necə təsir edəcək və s. Ümumiyyətlə dünyanın hər yerində tikintidən öncə, ilk növbədə seysmoloqların tədqiqatını əsas götürürlər. Tikinti materialları elementlərinin istifadə qaydasını müəyyənləşdirmək isə ikinci plandadır. Bizdə isə buna ehtiyac duyulmur. Görünən odur ki, maşallah, deyəsən, hər şey qaydasındadır”.
Ayşən Rəhim
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO








.jpg)




.jpg)








.jpg)


.jpg)











