Avtobusda mübahisə: 5, yoxsa 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqı ödənilməlidir?
Bizi izləyin

Sosial

Avtobusda mübahisə: 5, yoxsa 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqı ödənilməlidir?

İctimai nəqliyyatda, şəhərdaxili marşrut üzrə sərnişindaşıma xidmətində bəzi avtobuslarda azyaşlı uşaqlar üçün gediş haqqında fərqli yanaşma mövcuddur.

Bəlkə də, bu mənzərə hər birimizə tanış gələcək. Demək olar , hər gün ictimai nəqliyyatda, belə bir situasiya ilə qarşılarışıq: valideyn azyaşlı uşağı ilə birgə marşruta daxil olarkən yalnız öz gediş haqqını ödəyir. Bu zaman sürücü narazılıq edir, “ bunun nəyi uşaqdır, az qala mənim boydadır, onun da gediş haqqını ödəməlisən” deyir və mübahisə başlayır. Valideyn deyir gediş haqqı 6 yaşdan yuxarı uşaqlar üçün ödənilməlidir, sürücü isə deyir ki, yox, 5 yaşdan yuxarı. Bu məqamda sərnişinlərdən kimsə yerindən deyir ki, 7 yaşdan yuxarı olmalıdır. İnsanlar çaş-baş qalır. Onlar hansı qaydanın doğru olduğunu özləri üçün aydınlaşdırmaqda çətinlik çəkirlər. Hətta avtobuslarda yazılmış xəbərdarlıqda da müxətlif qiymətlər göstərilir. Bəzi avtobuslarda 5, bəzilərində isə 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının ödənilməli olduğu yazılıb. İctimai nəqliyyatda uşaqlar üçün gediş haqqı neçə yaşdan ödənilməlidir?

Publika.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, 6 yaşa qədər uşaqların nəqliyyatdan istifadə etməsi pulsuzdur.

“Bu, qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin 145 saylı təsdiq olunmuş qərarında bildirilir ki, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarında 5 yaşdan yuxarı hər bir uşaq üçün gediş haqqı müəyyən olunmuş tarif həcmində ödənilməlidir.

Əlbəttə, bu, birbaşa valideynin və yaxud qəyyumun iştirakının olması şərtilə həyata keçir. Azyaşlı uşaqların nəqliyyat vasitələrinə özbaşına daxil olması yoloverilməzdir”

Ekspert qeyd edib ki, son zamanlar Azərbaycanda tətbiq edilən yeni təhsil modelinə keçid də sərnişindaşımalarda uşaqların gediş haqlarının tənzimlənməsi baxımından müzakirə yaradır.

“ Sözügedən təhsil modeli 5-6 yaş arası uşaqların məktəbəqədər təhsilə cəlb olunmasıdır. Bu, bir növ könüllü xarakter daşısa da, icbari fəaliyyət növü hesab etmək olar. Bir neçə işbaz bu vəziyyətdən istifadə etməyə çalışır. Ona görə də, bəzi marşrutlarda 5, bəzilərində isə 6 yaşdan yuxarı uşaqların gediş haqqqı ödəməli olduğu yazılır”.

BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə isə məsələyə digər tərəfdən aydınlıq gətirib. O, bildirib ki, sürücülər bu addımı məlumatsız olduqları üçün atırlar. Sərnişin ayrıca yer tutmadan, gediş haqqı ödəmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir:

“Əks təqdirdə, marşrutlarda yazılan xəbərdarlıq 6 yaş olaraq qeyd edilirsə, biz dərhal müdaxilə edirik. Əməkdaşlarımız gün ərzində ərazidə xidmət göstərir. Məsələ ilə bağlı bir daha tapşırıq veriləcək”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm