Sosial
Bakı metrosunda çoxdan gözlənilən YENİLİK
"Bakı Metropoliteni" QSC metro stansiyalarının eskalatorlarında əlil arabalarının daşınması üçün xüsusi qurğunun müəyyən sınaq müddətində istifadəyə verilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı YARAT Müasir İncəsənət Mərkəzində “Sabah üçün: Sənədli film”in milli premyerasında çıxış edən mətbuat katibi bildirib ki, artıq sınaq avadanlıqları Rusiyanın Sankt-Peterburq şəhərindən sifariş verilib. Bəxtiyar Məmmədovun sözlərinə görə, əlil arabalarının bəzi sınaqlardan keçirilməsinə ehtiyac var. Əgər sınaqlar uğurlu alınsa, həmin qurğu bir çox stansiyalarda da tətbiq olunacaq.
Qeyd edək ki, filmdə Azərbaycandan olan əsas qəhrəman Cəmilə Məmmədli əlil arabasından istifadə edənlərin metrodan istifadə imkanlarına diqqət çəkməyə çalışıb. O, əlil arabasından istifadə etməklə metroya minən ilk sərnişin olub. Belə ki, bu məqsədinə nail olmaq üçün o, "Bakı Metropoliteni" QSC-yə məktub yazıb və onun təklifi müsbət qarşılanıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























