Sosial
Bu müqavilə imzalandı: Azərbycanda dərin depressiya sona çatdı
"Milli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənib hazırlanmasına və reallaşmasına başlanıldı. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Starteji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu ilə mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı".
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
"Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı. Milli liderin uzaqğörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanmasında xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtyatlarının formalaşmasına töhvə verməkdədir.
Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi faktora çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır.
Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyatı 1995-ci ildə 11.8% kiçilmişdisə 1996-cı ildə 1.3% artım dərin depressiyanın sonu oldu.
Göründüyü kimi, Milli Liderin hakimiyyətə gəlişindən sonra iqtisadi tənəzzülün qarşısı alınmaqla yanaşı, davamlı iqtisadi inkişaf bərpa olundu".
Ayşən
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər
-
İKT21 Noyabr 23:36
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
-
Magazin121 Noyabr 23:12
Lüt Xalq artisti nəyi sübut etmək istəyir? - Müğənni onları yıxıb sürüdü - VİDEO
-
MDB21 Noyabr 22:50
Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI