Sosial
Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ

"Hazırda B-4 stansiyasının inşaası işləri gedir. 2025-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır".
Publika.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında “Bakı Metropolitenin” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, Bakının Baş planı ilə bağlı qərar verildikdən sonra gələcək layihələrin icrası ilə bağlı tarixlər açıqlanacaq: "Qarşıdakı hədəfdə xətlərin ayrılması ilə bağlı iki hissəli işlərin icraası nəzərdə tutulub. Birinci hissədə 5, ümumən isə 9 stansiyanın tikilməsi nəzərdə tutulub.
"Dərnəgül"dən sonra 3 stansiya "Koroğlu"ya birləşəcək. "Koroğlu"nun yaxınlığında keçid stansiyası olacaq. "Xətai"dən sonra "Həzi Aslanov"a kimi 4 stansiyasnın tikilməsi planlaşdırılır. Xətlər ayrıldıqdan sonra "İçərişəhər" stansiyasından sonra iki stansiyanın inşası nəzərdə tutulub. Beləliklə, qatarlar bir yoldan digərinə keçərək əks istiqamətdə hərəkət edə biləcək. Bu da intervalları minimuma salmağa imkan verəcək.
Bakının Baş planında nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. "Yaşıl xətt" üzrə qatarlar "Koroğlu"dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etməklə "Həzi Aslanov-2" stansiyasına birləşdirilsin".

-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO