Sosial
FHN-in qurumlarına ekskursiya təşkil olunub - FOTO

Abşeron rayonu, Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsinə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzinə ekskursiya təşkil edilib.
FHN-dən Publika.az-a verilən məlumata görə, ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin qurumun fəaliyyəti barədə yerində məlumatlandırılması, onlarda gələcəkdə fövqəladə hallar orqanlarında xidmətə marağın yaradılması və peşə seçiminə köməklik olub.
Şagirdlərə yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə və xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, məktəblilər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Daha sonra şagirdlər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə zəng mərkəzində fövqəladə hallarla bağlı zənglərin qəbulu, aidiyyəti qurumların hadisə yerlərinə cəlb edilməsi, qüvvə və vasitələrin idarə olunması ilə bağlı məlumatlar verilib.
Şagirdlərin böyük maraqla qarşıladığı ekskursiya zamanı onların sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb