Sosial
500 qız artıq cüdoya başladı! - Kampaniya idmana həvəsləndirməyə davam edir
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda elan etdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları idmana həvəsləndirməyə davam edir.
Demedia.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda 12 iyun tarixindən etibarən həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası artıq öz töhfəsini verir. Belə ki, qısa müddət ərzində Azərbaycanın bir çox bölgələrindən 500-ə yaxın qız cüdo idman növünə yazılıb.
Qeyd edək ki, idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn bu sosial layihə qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə həvəsləndirmək məqsədi daşıyır. Eyni zamanda, sosial layihə həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da
toxunur.
Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən 7-14 yaş aralığında qızlar Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçə bilərlər. İlk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.
Qızları cüdoya yazdırmaq və ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az veb-saytına müraciət etmək olar. İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO









.jpg)
.jpg)








.jpg)




.jpg)











