Sosial
Qarabağı tərk edən erməninin "dostum" dediyi məşhur azərbaycanlı DANIŞDI
Xankəndini tərk edən erməni sakinlərdən biri məşhur azərbaycanlı travmatoloq Yaşar Cəlilovla dost olduğunu deyib.
Erməni AzTV-nin müxbirinə danışarkən özünün vaxtilə Y.Cəlilovla birgə işlədiyini söyləyib.
Publika.az xəbər verir ki, olke.az erməni sakinin açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib.
- Adınızı çəkən erməni həkim kimdir? Tanıdınızmı onu?
- Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq.
- Bilirsiniz ki, artıq birgəyaşayış məsələsi gündəmdədir. Nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi?
- Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O, onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salamımız var idi, amma o qədər də yaxından tanış deyildik.
-
Hadisə16:23Lənkəranda iki nəfərin yanmış cəsədi tapıldı
-
Sosial15:14"Bu Şəhərdə"nin Qurban Qurbanovla bağlı səhnəciyi narazılıq yaratdı - VİDEO
-
MDB14:04Göldən çantaya qoyulmuş uşaq başı tapıldı - FOTO
-
MDB13:53Damba dağıldı sel suları kəndi basdı - VİDEO
-
Maraq dünyası12:50Ərəblər dünyanın ən hündür otelini açdılar - FOTOLAR
-
Avropa12:25Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
-
İKT11:00BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!
-
MDB10:02Rusiya sovet dövrünə qayıdır: Dron hücumlarını xalqa radio ilə elan edəcəklər






























.jpg)



