Sosial
Prezidentlərin Naxçıvan görüşü Türkiyə mediasında
Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü və iki ölkə arasında sazişlərin imzalanması Türkiyə mediasında geniş işıqlandırılıb.
Publika.az xəbər verir ki, ölkənin bir çox saytları, qəzetləri və xəbər kanalları İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşündə mühüm məsələləri müzakirə etdiklərini izləyicilərin diqqətinə çatdırıb.
Paylaşımlarda bildirilib ki, iki ölkəninin enerji, nəqliyyat, tranzit sahələrindəki əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə dair imzalanan müqavilələr qarşılıqlı faydalı olmaqla yanaşı, həm də regionda sülhə və sabitliyin davamlı olmasına xidmət edəcək.

Kompleksin açılışı və Qars-Naxçıvan Dəmir Yolu Layihəsi ilə bağlı müqavilənin imzalanması da müdafiə sənayesi əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə Naxçıvan bölgəsində bərpa olunan enerji layihələrini dəstəkləyəcək.

Türk mediasi onu da qeyd edib ki, Azərbaycan ilə Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinə qarşı aparılan antiterror tədbirlərindən sonra bölgədəki vəziyyət barədə Prezident Ərdoğana məlumat verilməsi görüşün ən mühüm mövzularından biri olub. Görüşlər zamanı Zəngəzur dəhlizi ilə bağlı qiymətləndirmə aparılıb.

Nəzrin
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU












.jpg)























