Sosial
Bu küçədə avtobus zolağı nəzarətə götürüldü
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları birgə Zərifə Əliyeva küçəsində avtobusların hərəkətini tənzimləyir.
Bu barədə Publika.az AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, adıçəkilən küçədə dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir və sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur. Çoxsaylı müraciətlər nəzərə alınaraq Zərifə Əliyeva küçəsində avtobuslar nəzarətə götürülüb.
-
İKT20:48“X”in fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Magazin119:50Bakıda yaşayan "Kurtlar Vadisi"nin aktyoru yeni görünüşü ilə diqqət çəkdi - FOTO
-
Elm və təhsil19:20MİQ-də iştirakın ödənişli olması ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial19:10Azərbaycanda bu işçilərin geyim normalarına dəyişiklik edildi - FOTO
-
Sosial18:40Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi
-
Dünya18:00ABŞ İrandakı təxribatçılar üçün büdcə ayırıb - Bir şəxsin öldürülməsi 3500 dollar
-
Sosial17:37Prezidentin yüksək vəzifəyə təyin etdiyi Əfqan Cəlilov kimdir? - DOSYE
-
Rəsmi xronika17:06Rauf Vəliyev vəzifəsindən azad edildi

































