Dünya
ABŞ İrandakı təxribatçılar üçün büdcə ayırıb - Bir şəxsin öldürülməsi 3500 dollar
ABŞ və İsrail də daxil olmaqla bəzi xarici kəşfiyyat xidmətləri İranda xaos yaratmaq üçün təxribatçılara xüsusi büdcə ayırıb.
Publika.az xəbər verir ki, bu iddia İranın müdafiə naziri Əziz Nəsirzadə tərəfindən səsləndirilib.
Nəsirzadə ölkədə rejim əleyhinə hadisələrə çevrilən nümayişləri qiymətləndirib.
"Bizdə aydın məlumat var ki, ABŞ, İsrail və bəzi müttəfiq ölkələr separatçılar və terrorçular üçün dialoq mərkəzi yaradıblar. Onlar silah qaçaqmalçılığına, maliyyə və logistika dəstəyinə rəhbərlik ediblər", - deyə o bildirib.
Nəsirzadə İranda xaos yaratmaq məqsədi ilə regional ölkələrdən birində birgə görüşlərin keçirildiyini iddia edib. O qeyd edib ki, bu görüşlərdə ABŞ və bəzi Qərb kəşfiyyat xidmətlərinin büdcələrin artırılması üçün xüsusi planlar təqdim etdiyi barədə kəşfiyyat məlumatlarına malikdirlər:
“Bu görüşdə İranda dağıntıların qiyməti müəyyən edilib. Belə ki, bir nəfərin öldürülməsi 500 milyon tümənə (təxminən 3500 dollar), bir nəqliyyat vasitəsinin yandırılması 200 milyon tümənə (təxminən 1400 dollar), polis bölməsinə atəş açmaq 80 milyon tümənə (təxminən 550 dollar) və hər hansı bir təcavüz və ya pozuculuq hərəkəti 15 milyon tümənə (təxminən 100 dollar) başa gəlir”.
Nəsirzadə son olaraq əlavə edib ki, nümayişlər zamanı saxlanılan bir nəfərin bu tapşırıqlar üçün 900 milyon tümən (təxminən 6200 dollar) pul aldığı və bəzi etirazçılara narkotik verildiyi müəyyən edilib.
Roza
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu



































