Sosial
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Əfqan Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad olunub, onun yerinə isə Əfqan Cəlilov təyin edilib.
Publika.az Əfqan Cəlilovun dosyesini təqdim edir:
1978-ci il təvəllüdlü Ə.Cəlilov 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb.
2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.
2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Hazırkı təyinatadək Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.
-
Elm və təhsil19:20MİQ-də iştirakın ödənişli olması ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial19:10Azərbaycanda bu işçilərin geyim normalarına dəyişiklik edildi - FOTO
-
Sosial18:40Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi
-
Dünya18:00ABŞ İrandakı təxribatçılar üçün büdcə ayırıb - Bir şəxsin öldürülməsi 3500 dollar
-
Sosial17:37Prezidentin yüksək vəzifəyə təyin etdiyi Əfqan Cəlilov kimdir? - DOSYE
-
Rəsmi xronika17:06Rauf Vəliyev vəzifəsindən azad edildi
-
Hadisə15:44Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi
-
Sosial14:12Azərbaycanda bu sahələrdə çalışanların maaşı artdı - Rəsmi









.jpg)





















