Sosial
Hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər

Azərbaycanda hərbi qulluqçular mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Publika.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik layihəsində öz əksini tapıb.
Qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.
Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur.
Dəyişikliyə əsasən hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

-
Nida Xəbər 22:42
Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
-
Kriminal21:17
Vardanyanın cinayət işinin məhkəmə baxışı davam etdirildi
-
Magazin121:05
Çimnaz Sultanovanın Xalq artisti ilə arxiv VİDEOSU
-
Nida Xəbər 20:23
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA
-
ABŞ20:00
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi
-
İnanc19:20
Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA
-
Kriminal18:40
Ana 3 övladının biləklərini kəsdi: 2-si öldü
-
Dünya16:24
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər