Sosial
Övladlığa verilən uşaqların sayı açıqlandı

"2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib".
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Himayədar ailə modelindən danışan nazir müavini bildirib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir:
"Bu günə qədər 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib. Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə də malikdir. Hazırda nazirliyin iddiaçı olduğu 6 məhrumetmə və 1 məhdudlaşdırma olmaqla 7 belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır".

-
Magazin202:19
Cazibədar aktrisa qırmızı xalçada arı hücumuna məruz qaldı - VİDEO
-
Qoroskop00:55
Günün qoroskopu: Borc vermək və almaqdan çəkinin!
-
MDB16 May 22:20
Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
-
Kriminal16 May 21:43
Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu - Fotolar
-
İdman16 May 21:07
Neymarın bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə
-
Sosial16 May 20:22
Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı
-
Elm və təhsil16 May 19:30
Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərildi - Nə tapşırıldı?
-
Nəqliyyat16 May 19:00
Sabah bu yol bağlanacaq - İki avtobusun hərəkət istiqaməti dəyişdirilir