FHN müşavirələr keçirdi - Foto
Bizi izləyin

Sosial

FHN müşavirələr keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan şəhər, Salyan, Hacıqabul, Saatlı, Sabirabad, Neftçala, İmişli və Biləsuvar Rayon İcra hakimiyyətlərində, həmçinin Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan və Mil-Muğan Regional Təhsil idarələrinin həmin şəhər və rayonlarda fəaliyyət göstərən təhsil sektorlarında “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Publika.az xəbər verir ki, tədbirlərdə FHN Muğan Regional Mərkəzinin, sözügedən icra hakimiyyətlərinin, təhsil sektorlarının, eyni zamanda yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Müşavirələrdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar. Tədbirlərdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm