Sosial
FHN Avropa Azərbaycan Məktəbində maarifləndirmə tədbiri keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Avropa Azərbaycan Məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallarla bağlı davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin mütəxəssisləri və təhsil kompleksinin kollektivi iştirak edib.
FHN-in əməkdaşları tərəfindən məktəb kollektivinə müxtəlif təbii və texnogen fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub. Həmçinin, ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə izah edilib.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO