“Vosmoy” bazarı bu əraziyə köçürülür
Bizi izləyin

Sosial

“Vosmoy” bazarı bu əraziyə köçürülür

Xəbər verdiyimiz kimi, “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunduğunu elan edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat paylaşıb. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavnski küçəsi, 38 K ünvanına bildirə bilərlər.

Publika.az xəbər verir ki, sosial mediada ləğv olunan “Vasmoy bazarı”nın Yeni Günəşlidə "kərpiczavod" adlanan əraziyə köçürüləcəyi barədə xəbərlər yayılıb.

Əldə etdiyimiz məlumata görə, “8-ci km Ticarət Mərkəzi” "kərpiczavod" yox, Yeni Günəşlidə köçülmüş hərbi hissənin ərazsinə yerləşdiriləcək.

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm