FHN ağacəkmə aksiyası keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN ağacəkmə aksiyası keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Pubika.az xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, FHN DYNX-nin rəis müavini daxili xidmət polkovniki Səyavuş Qasımov, Xidmətin əməkdaşları və rayonda fəaliyyət göstərən bir sıra idarə va təşkilatların işçiləri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada 100-dən artıq müxtəlif növ ağac əkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm