"Elm və Təhsil Nazirliyi o qərara yenidən baxmalıdır" - Şəbnəm Məmmədova
Bizi izləyin

Sosial

"Elm və Təhsil Nazirliyi o qərara yenidən baxmalıdır" - Şəbnəm Məmmədova

"Azərbaycanda açıq tipli təlim tərbiyə mərkəzi fəaliyyət göstərirdi. 2011-ci ildə həmin mərkəz Elm Və Təhsil Nazirliyi tərəfindən heç bir əsas gətirilmədən qapadıldı. İndi siz təsəvvür edin, biz faktiki küçədə qalan, zərərli vərdişlərə qurşanan uşaqlarla, yeniyetmə və gənclərlə necə işləyəcəyimizi bilmirik. Onları toplayırıq, amma yerləşdirə biləcəyimiz bir reabilitasiya mərkəzi demək olar, yoxdur".

Publika.az xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova "Litaris Holdinq” MMC-nin Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi “Qadına şiddətə son” layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı bildirib.

O, qeyd edib ki, mövcud imkanlar narkomaniyaya qurşanmış, ailədən qaçmış və ya kənarlaşdırılmış yeniyetmələrin reabilitasiyasına, müalicə edilməsinə, ən azı küçələrdən alınaraq normal şəraitdə yerləşdirilmələrinə imkan vermir:

"O halda biz narkomaniya ilə necə mübarizə apara bilərik? Ciddi təlim-tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün ölkədə açıq tipli təlim tərbiyə müəssisələri yaradılmalıdır. Belə mərkəzlərin yoxluğu narkomaniya, məişət zorakılığı və digər problemlərdən əziyyət çəkən insanlarla, xüsusən də yeniyetmələrlə iş aparılmasında bizim əl qolumuzu bağlayır. Elm və Təhsil Nazirliyi o qərara yenidən baxmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm