Anar Hüseynov vəzifəsindən azad edildi
Bizi izləyin

Sosial

Anar Hüseynov vəzifəsindən azad edildi

Polkovnik (gömrük attaşesi) Anar Hüseynov Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib.

Publika.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Bildirilib ki, A.Hüseynov öz istəyi ilə təqaüdə göndərilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Anar Hüseynov gömrükdə bir sıra vəzifələrdə çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm