AzTV-nin əməkdaşının ölüm səbəbi bəlli oldu
Bizi izləyin

Sosial

AzTV-nin əməkdaşının ölüm səbəbi bəlli oldu

AzTV-nin mətbuat katibi Rüfət Seyidov sözügedən TV-nin sürücüsü olmuş 24 yaşlı Vüqar Rəsulovun vəfatı ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, o, Vüqarın bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunduğu bildirib.

“Valideynindən aldığımız məlumata əsasən, mərhum əməkdaşımız bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunub. Həkim göstərişinə əsasən yeməyi və suyu kiçik həcmdə qəbul etməli imiş. Lakin Vüqar əməliyyatdan sonra, valideyninə susadığını bildirib. Mədəsinin yeni əməliyyat edildiyini nəzərə almayaraq, çoxlu su içib və halı pisləşib. Valideyninin dediyinə görə, evə dərhal təcili yardım çağırılıb. Lakin o, xəstəxanaya aparılarkən, dünyasını dəyişib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Vüqar Rəsulovun çəkisinə görə mədəkiçiltmə əməliyyatı keçirdiyi iddia olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm