1,5 milyon insan işini itirdi - Kabel oğurluğu səbəbindən
Bizi izləyin

Sosial

1,5 milyon insan işini itirdi - Kabel oğurluğu səbəbindən

Cənubi Afrikanın Elektrik Naziri Ramokqopanın verdiyi açıqlamaya görə, 2022 və 2023-cü illərdə elektrik enerjisinin kəsilməsi səbəbindən 1,5 milyon insan işini itirəcək. İstehsal infrastrukturunun köhnəlməsi, təxribat və kabel oğurluğu səbəbindən ölkədə uzun müddətdir ki, ciddi elektrik böhranı yaşanır.

Publika.az xəbər verir ki, Cənubi Afrikanın Elektrik Naziri Kqosientşo Ramokqopa mətbuata verdiyi açıqlamada 2022-ci ildə ölkə daxilində elektrik enerjisinin kəsilməsi səbəbindən təxminən 640 min insanın işini itirəcəyini bildirib.

Nazir Ramokqopa qeyd edib ki, bəzi nüfuzlu qurumlar tərəfindən edilən modelləşdirməyə əsasən, elektrik böhranının pik həddə çatdığı 2023-cü ildə təxminən 840 min insan kəsintilər səbəbindən işini itirəcək.

İşsizlik nisbətlərinin yüzdə 30 civarında olduğu Cənubi Afrikada işsizlik problemi uzun illərdir davam edir. Cənubi Afrika qitədə elektrik enerjisinə çıxışı ən yüksək olan ölkələrdən biri olsa da, köhnə istehsal infrastrukturu, təxribat və kabel oğurluğu səbəbindən uzun müddətdir ki, ciddi elektrik böhranı yaşayır.

Dünyanın aparıcı kömür istehsalçılarından biri olan Cənubi Afrika öz elektrik enerjisinin 80 faizindən çoxunu kömürlə işləyən elektrik stansiyalarından təmin edir. Nüvə reaktorları ilə elektrik enerjisi istehsal edən Cənubi Afrika elektrik böhranına həll yolu olaraq yenilənə bilən enerjiyə keçid üçün addımlar atsa da, maliyyə səbəblərindən bu keçidin qısa müddətdə reallaşması mümkün görünmür.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm