Sosial
AZAL-ın təyyarəsi İrəvana uçacaq
![](https://publika.az/storage/2022/08/15/azal.jpg?v1722038462)
Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq əsasında hərbi qulluqçuların dəyişdirilməsi prosesinin hansı şəraitdə keçirilməsi məlum olub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Azərbaycanda olan 32 erməni əsilli hərbi qulluqçu Bakıdan təyyarə ilə İrəvana aparılacaq. Azərbaycanın Ermənistanda olan 2 hərbi qulluqçusu (Hüseyn Axundov və Aqşin Bəbirov) isə həmin təyyarə ilə Bakıya gətiriləcək.
Qeyd edək ki, əsir mübadiləsi üzrə danışıqlar birbaşa aparılıb və vasitəçi olmayıb.
Məlumat üçün bildirək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər.
Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO