Sosial
Azərbaycanda biabırçılıq: 1 ayın gəlinini evdən qovdular - “Beliəyri qız istəmirik”
![](https://publika.az/storage/2023/12/08/whatsapp_image_2023-12-08_at_16.05.41.jpg?v1722036979)
ATV telekanalında yayımlanan “Bizimləsən” proqramında kövrək anlar yaşanıb. Belə ki, Sürəyya və İbrahim adlı cütlük efirə gələrək körpə qızlarının skoliozdan müalicə olunması üçün yardım istəyiblər.
Publika.az xəbər verir ki, aparıcı Zaur Baxşəliyev canlı efirdə onların övladına yardım edəcəklərini bildirib. Daha sonra cütlüyün harada yaşadığı ilə maraqlanan teleaparıcının sualından sonra onların evlərindən qovulduğu ortaya çıxıb.
Belə ki, Sürəyya adlı xanım skoliozu olduğu üçün qayınatası tərəfindən evdən qovulduğunu etiraf edib. Ailə qurduqdan 1 ay sonra evdən qovulan gəlin həyat yoldaşı ilə birgə evi tərk etmək məcburiyyətində qaldıqlarını açıqlayıb:
“Toyumuz el adəti ilə olub, bizə elçi gəliblər. Ailə qurduqdan 1 ay sonra qayınatam belimdə skoliozun olduğunu bildi, mənə beliəyri gəlin lazım deyil dedi və bizi evdən qovdu. Həyat yoldaşım məni tək qoymadı. Hazırda atamın evində yaşayırıq. Hər işi görürdüm, belim ağrısa da, bunu büruzə vermirdim. Hətta hamiləliyimin 5-ci ayında həkimlər xəstəliyimə görə uşağı abort etdirməyi məsləhət görmüşdülər. Onlar dedi ki, bu xəstəliklə uşaq dünyaya gətirmək risklidir, ölüm təhlükəsi ilə üz-üzə qala bilərsən, amma mən övladımı dünyaya gətirdim. Nəfəs almaqda çətinlik çəkirdim, hamiləliyim çox ağır keçirdi, lakin bunu hiss etdirmirdim”.
Qadının danışdıqlarına təəccübünü gizlədə bilməyən Zaur Baxşəliyev göz yaşlarına hakim ola bilməyib.
Studiyada qonaq olan həkim isə körpə ilə yanaşı, anasını da müalicə edəcəyini bildirib. (Yenisabah.az)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO