Daha bir klinikada rentgen müayinəsi dayandırıldı - Foto
Bizi izləyin

Sosial

Daha bir klinikada rentgen müayinəsi dayandırıldı - Foto

Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib.

Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm