Sosial
“Azərsu” ASC-nin sahə rəisi vəfat etdi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Səbail Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi Fərəməz Əmirxan oğlu Əliyev vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.
Qeyd edilib ki, Fərəməz Əliyevin əmək fəaliyyəti bütünlüklə içməli su təchizatı və kanalizasiya sektoru ilə bağlı olub. 1990-cı ildə bu sahədə əmək fəaliyyətinə başlayan F.Əliyev su və kanalizasiya sistemlərinin istismarında, baş verən qəzaların operativ aradan qaldırılmasında zəngin təcrübə qazanıb, yüksək peşəkarlıq nümayiş etdirib. Su təsərrüfatı sektorunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 3 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin
-
Dünya12:35Görün Tramp Tokayevə nə hədiyyə göndərdi - FOTO
-
İdman11:42Ulduz futbolçunun yeni sevgilisi kimdir? - FOTOLAR
-
Sosial11:36Azərbaycanda siqaret bu qədər bahalaşacaq: Yanvarın 1-dən
-
Sosial11:24Milli Məclis İlham Əliyevi təbrik etdi
-
Hadisə11:00Hərəkətdə olan maşından yük düşdü, təhlükəli vəziyyət yaratdı - VİDEO
-
Sosial10:12200 manatlıq sosial yardım belə ödəniləcək
-
Nida Xəbər 09:48Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı
-
Hadisə09:12Xəzər dənizində güclü zəlzələ oldu


























