Sosial
"Azərlotereya" ilin ən yaxşı tərəfdaşı seçildi
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC ətraf mühitə töhfə verən “2023-cü ilin ən yaxşı tərəfdaşları” sırasında olub.
Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında iştiraka görə ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində şirkət çox sayda ağacın əkilməsi üçün ianə edib.
“Azərlotereya” daha öncə də nazirliyin təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.
"Azərlotereya" bundan sonra da təbiətin sağlamlaşdırılması, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq ölkəmizin yaşıllaşdırılmasına töhfə verməyə davam edəcək.
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO