Avtomobilin arxasına yazdığı bu sözə görə saxlanıldı
Bizi izləyin

Sosial

Avtomobilin arxasına yazdığı bu sözə görə saxlanıldı

Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin üzərinə yazılmış sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Publika.az Referans.az-a istinadən xəbər verir ki, avtomobilin dövlət qeydiyyat nişanının yerinin dəyişdirilməsi və onun yerinə “Qatil 78 leş” sözlərinin yazılması diqqət çəkib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, artıq həmin avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb:

“Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm