Sosial
Azərbaycanda bu telekanalın yayımı dayandırılır
![](https://publika.az/storage/2024/02/01/televiziya.jpg?v1737269517)
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan Publika.az-a verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan, yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.
Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə MTV televiziya kanalının efirində 12:00-15:00 arası yayımlanan "Tarixin bir günü" proqramında həmin mövzunun işıqlandırılması zamanı "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.
Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.
Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş MTV televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09:00-dan 17:00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Kriminal10:18
Hökümənin ailəsinin pulunu oğurlayan Ayazın saxlanılma anı - VİDEO
-
Nəqliyyat10:12
20 Yanvar günü paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI
-
ABŞ09:36
Trampdan YENİ REKORD - Andiçmədən bir gün öncə 11 milyard dollar...
-
Region09:24
100 kişi ilə əlaqədə olacağını deyən qadın və əri həbs edildi - FOTO/VİDEO
-
ABŞ09:00
"TikTok" ABŞ-da BLOKLANDI - Elanda deyilir ki...
-
Sağlamlıq08:48
Pomidor şirəsinin elə faydaları üzə çıxdı ki...
-
Magazin206:46
Türk məşhurlar “Joy Awards”da - FOTO
-
Sosial05:45
Hökümənin atası başına gələnləri danışdı - VİDEO