Külli miqdarda pul mənimsəyən biznesmenə cinayət işi açıldı
Bizi izləyin

Sosial

Külli miqdarda pul mənimsəyən biznesmenə cinayət işi açıldı

“Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb.

Publika.az xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm