Sosial
Blogerin 200-lə sürdüyü "Range Rover"in nömrəsi satılır - Şok qiymət

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunda yüksək sürətlə idarə olunan "Range Rover" markalı maşının dövlət qeydiyyat nişanı satışa çıxarılıb.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, söhbət ötən həftə Axundzadə Əsmər Roman qızının saatda 200 km sürətlə idarə etdiyi 77 ES 777 dövlət qeydiyyat nişanlı avtomobildən gedir.
Qeydiyyat nişanı hazırda mashin.al elan saytında satışdadır.
Elan ötən ilin avqust ayında yerləşdirilib. Qeydiyyat nişanına 18 000 AZN qiymət qoyulub.
Qeyd edək ki, sosial şəbəkədə "Esma Nur" adı ilə tanınan Axundzadə Əsmər Roman qızı idarə etdiyi 77-ES-777 qeydiyyat nişanlı, "Range Rover" markalı avtomobillə videoçəkiliş aparmaqla kobud qayda pozuntularına yol verdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Xəbərə görə, aktiv sosial şəbəkə istifadəçisi olan xanım sürücü araşdırma zamanı çoxsaylı izləyici toplamaq məqsədilə inzibati qayda pozuntusu törətdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. Törətdiyi əməlin mahiyyəti və doğurduğu mənfi nəticələr barədə sürücü ilə izahedici söhbətlər aparılmaqla, barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.


-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO