Şagirdin səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Sosial

Şagirdin səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Publika.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumata əsasən, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib:"Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm