Sosial
Qızın 8 min manatlıq cehizini oğurladı - FOTO

Goranboyda fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 8.000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb.
Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S. Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


-
Maraq dünyası07:47
Butulkalar dondurucuda buna görə partlayırmış - Əsl səbəb aşkarlandı
-
Magazin206:16
Dua Lipa açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Magazin103:13
Aysun yenidən ərə gedəcək? - “İstəyirəm ki…”
-
ABŞ02:42
ABŞ “Azadlıq” radiosunu PULSUZ QOYDU
-
Region01:41
İranlı general ABŞ-yə xəbərdarlıq etdi
-
Magazin100:45
Damlaya nə olub? - Özü paylaşım edib ki...
-
Mistika00:15
Günün ULDUZ FALI - Gözlənilməz gəlir sizi sevindirəcək
-
Sosial15 Mart 23:36
Sabiq məmur vəfat etdi - FOTO