Sosial
Əcnəbi narkotacirlə əlbir olan şəxs saxlanıldı - FOTO
![](https://publika.az/storage/2024/02/28/5cbac62e-1a48-3e69-b129-e4730981311e_850.png?v1722036784)
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alındı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri zamanı Gəncə şəhər sakini Mövsüm İsgəndərov saxlanılıb.
Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib.
Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib. M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılmış şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
![](https://publika.az/storage/2024/02/28/ed7aa249-a342-318e-a9ef-cc509c80518f.png)
![](https://publika.az/storage/2024/02/28/9c430dd7-ce8d-3322-8984-d9aca01ba5cc.png)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO