Sərhədi pozmağa cəhd göstərən şəxslər saxlanıldı
Bizi izləyin

Sosial

Sərhədi pozmağa cəhd göstərən şəxslər saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıb.

Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm