Magazin1
Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
Avroviziya qalibimiz Nigar Camal Azərbaycanda məşhur Avroviziya fanat qruplarından sayılan “Songfestival Azerbaijan” səhifəsinin teleqram qrupunda ona qarşı təhqiredici ifadələrə yer verildiyini açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib. O Teymur İbrahimov adlı şəxsin fotosunu instaqramın hekayə bölümündə paylaşıb:
“Uzun müddətdir fəaliyyət göstərən “Songfestival Azerbaijan” səhifəsinin teleqram qrupunda haqqımda Teymur İbrahimov adlı bu şəxs (hansı ki, bəlkə də övladlarımdan da kiçikdir) və Milan nikli başqa bir şəxs çirkin, təhqiredici, şər və böhtan xarakterli ifadələr səsləndirməkdədir. Onların bloqunu xarici ölkələrdən də izləyirlər. Başqa ölkə vətəndaşların qarşısında nüfuzumu aşağı salmağa çalışırlar. Yaşları az olduğu üçün onlar haqda artıq ifadələr işlətməyi özümə yaraşdırmıram. Ancaq buradan onun valideynləri və qohumlarına səslənirəm ki, hər gün qadınların cəmiyyət tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığı bir zamanda övladlarına diqqət ayırsınlar, onlara insanlara, qadınlara hörmət etməyi öyrətsinlər. Belə teleqram qrupları musiqi müzakirəsi üçündür, şərh və böhtan atmaq üçün yox. Bu prosesi qanuni formada da tətbiq edərdim, lakin dediyim kimi, mənə yaraşmaz. Allah bu müqəddəs Ramazan ayında sizi islah eləsin! Ümid edirəm, nəticə çıxararsınız”.
Səhifə isə bununla bağlı Nigar Camaldan hekayə bölümündə üzr istəyib. (OLAY)
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi








.jpg)

.jpg)


.jpg)





.jpg)




.jpg)










.jpg)


