MM-də Yeni Kaledoniya ilə bağlı müzakirə: Fransa nə istəyir?
Bizi izləyin

Sosial

MM-də Yeni Kaledoniya ilə bağlı müzakirə: Fransa nə istəyir?

Fransa tarixinin ən uğursuz prezidenti Makron Yeni Kaledoniya ilə bağlı düzgün olmayana siyasətinin bəhrəsini görür.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov deyib.

“Niyə Yeni Kaledoniya Fransa üçün bu qədər önəmlidir? Kaledoniya Fransa üçün Sakit okean hövzəsində geosiyasi əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.

Deputat bildirib ki, Fransa Azərbaycanın daxili işlərinə qarışır və Yeni Kaledoniyada baş verənlərlə bağlı Azərbaycanı günalandırır: "Əslində Yeni Kaledoniyada baş verənlərin səbəbinin Fransanın neokolonialist siyasətinin nəticəsi olduğunu başa düşmək o qədər də çətin deyil”.

Millət vəkili Azər Kərimli isə deyib ki, Fransa xarici işlər nazirinin və bir sıra senatorların Yeni Kaledoniyada müstəmləkəçi siyasətin nəticəsi olaraq baş verənlərlə bağlı Azərbaycanı ittiham etməsi məntiqsizliyin son həddi hesab oluna bilər:

"Uzun illər boyu dünyanın bir sıra bölgələrində, o cümlədən Azərbaycanda separatizmi dəstəkləyən bir dövlətin Azərbaycana qarşı sərgilədiyi davranış ikrah doğurmaqla yanaşı, öz əməllərini başqasına yazmaq cəhdidir. Əlcəzairdə fransızlar tərəfindən 300 min insan qətlə yetirilib. İnsan hüquqlarından dəm vuran Fransa müstəmləkələri onun ümumi ərazisinin 20 faizini təşkil edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm